ÖLÜMis. 1. biol. Orqanizmin həyat fəaliyyətinin həmişəlik dayanması və onun məhv olması, orqanizmdə və ya onun bir hissəsində maddələr mübadiləsinin dayanması, kəsilməsi. Fizioloji ölüm. Hüceyrənin ölümü. Bitkinin ölümü.
İnsan və ya heyvanın həyatının sona çatması; ömrün nəhayəti; vəfat, ölmə. Naqafil ölüm. Vaxtsız ölüm. - Dünyada elə sular var ki, insanı ölümdən qurtarır.. Məmmədquluzadə. Güllü özünə ölüm arzuladı. Ə.Vəliyev. // Ölmə, ölmək vaxtı. Kərimxan insanın oturub dəqiqələri sayasaya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. M.İbrahimov. □ Ölüm ayağında - ölmək, ya öldürülmək üzrə olma; ölərkən, ya öldürülərkən; ölüm qarşısında. Əbdülkərimi gətirib dar ağacının altında dayandırdılar. Heç bir baxan deməzdi ki, bu adam ölüm ayağındadır. Ə.Haqverdiyev. // məc. Bir şeyin sonu, məhvi. Kapitalizmin ölümü. Edam cəzası. Ölümə məhkum etmək. məc. Məhv olmaq təhlükəsi, dəhşətli fəlakət. Demək, biz şəhərimizi ölümdən qurtardıq. M.Hüseyn. Ölüm yuxusu - çox bərk yuxu. Çulğamışdı hər tərəfi dumanlıq; Aləm ölüm yuxusuna batmışdı. A.Səhhət. Ölüm rəngi - b ax ölü rəngi (“ölü” də). Kişinin sifətindən ölüm rəngi çətin-çətin çəkilirdi. B.Bayramov. Ölüm sükutu - son dərəcə sakitlik, tam sükut. Həbsxananı bir neçə saniyə ölüm sükutu bürüdü. H.Nəzərli. Ortalığı ölüm sükutu qaplamışdı. M.Hüseyn. Ölümə vermək - bada vermək, məhvinə səbəb olmaq, fəlakətə sürükləmək. Ata oğlunu ölümə verməyəcəkdir. S.Rəhimov. Ölümü gözünün altına almaq - ölə biləcəyini nəzərə alaraq qorxmamaq. Nə ölümü var? nəyinə lazımdır? nə işi var? nəyinə gərək? [Ata:] Onun bu vaxt şəhərdə nə ölümü var? M.Hüseyn. Bu vaxt [qızın] küçədə nə ölümü var idi? H.Seyidbəyli. Paylaşın - Hamı bilsin
|