
ÖPÜŞis. Öpmək işi, öpmək tərzi; öpmə, busə. Mehriban məhəbbət qarışıq bir həyəcanla Rəmziyyəni öpüşləri ilə sanki yemək istəyirdi. S.Hüseyn. Görürəm, öpüşür qoşa ulduzlar; Ancaq xəsis olur öpüşə qızlar. S.Vurğun. □ Öpüş almaq - öpmək, busə etmək. Əzizinəm, al bundan; Yanaq bundan, xal bundan; Şeytan vəsvəsə verir; Dur bir öpüş al bundan. (Bayatı). Öpüş göndərmək
əlini dodaqlarına aparıb, birinə tərəf işarə etməklə ona sevgi və qayğısını ifadə etmək. Öpüş vermək - öpülmək, busə edilmək. // Obrazlı təşbehlərdə. Ay işığı, gözəlliyin, qızlığın; Çiçəklərlə öpüşündən yarandın. Ə.Cavad. Şəfəqlər sökərkən öpüşlərindən; Yaranmış ağ, incə yanağın sənin. A.Şaiq. Paylaşın - Hamı bilsin
|