
ÖPÜŞMƏKqarş. Bir-birini öpmək. Qadınlar anamla öpüşür, söyləşir, gülüşürdülər. A.Şaiq. Dodaq-dodaqda öpüşdükcə xeyli söz verdin; Nə oldu, üz çevirib qaçdın aqibət məndən.. H.Cavid. // Obrazlı təşbehlərdə. Çayların ahəngi axır qanımda; Çiçəklər öpüşür hər dastanımda. S.Vurğun.
Paylaşın - Hamı bilsin
|