
ÖRPƏKis. 1. Qadınların başlarına saldıqları iri ipək və ya başqa parçadan örtük, iri baş yaylığı. Şəhrəbanu xanım ərinin sağ böyründə çənəsini yaşmayıb, ağ örpək başında, həllaci, samit əyləşibdir. M.F.Axundzadə. [Mina] örpəyinin ucu ilə gözlərini sildi. Ə.Əbülhəsən.
məc. Örtük mənasında. Dağlarının başı qardır; Ağ örpəyin buludlardır. S.Vurğun. Paylaşın - Hamı bilsin
|