.....i_l_by_id_with_comments ÖTƏRİ1 sözünün izahı / ÖTƏRİ1 sözünün mənası

İzahlı lüğət

ÖTƏRİ1

sif və zərf 1. Gözucu, tez, ani. Ötəri baxmaq. - Sərnişin qızın gizləndiyi kabinəyə ötəri nəzər salıb, aşağı endi. Q.İlkin.
məc. Səthi, dilucu, sözarası, könülsüz. Ötəri cavab. - [Yusif] Şahpərini Sərvnaz qarıgilin həyət qapısında görüb ötəri salam verdi. B.Bayramov.
Müvəqqəti, keçici. Ələmdar elə bilirdi ki, Zərrintac xanımın gündüzkü qışqırtısı ötəri bir hal, bəy xanımlarına məxsus bir işvənazdır. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....