
ÖTKÜNsif 1. Ötmüş, həddindən artıq yetişmiş (meyvə, taxıl haqqında). // Həddindən artıq bişmiş, vaxtından artıq od üstündə qalıb keyfiyyətini itirmiş (bişmiş haqqında).
Üstün. [Əlioğlu:] Hava açılır, bəlkə sən də getdin. Yenə ağıl ağıldan ötkün olar. S.Rəhimov. məc. Ötən, keçən, təsirli. Ötkün sözüm, kəskin bəxtim olaydı; Ağ otağım, zərrin rəxtim olaydı. Aşıq Ələsgər. məc. Məlahətli, zərif, ahəngdar, lətif. Qızın ötkün səsində xəfif bir titrəyiş vardı. M.Hüseyn. məc. Qüvvətli, təsirli. Paylaşın - Hamı bilsin
|