ÖTMƏK1f 1. Keçmək, keçib getmək, gəlib keçmək. Yoldan ötmək. - [Əsirlər] Aslanın, Uğurun və bir neçə partizanın köməyi ilə meşəni ötüb dağlara yetişdilər. S.Vəliyev. // Bir yerin, sahənin ortasından, içindən keçmək, keçib getmək. Kənddən ötmək. [Seymur] ..küçəni ötüb, dar dalanlarla evlərinə sarı tələsirdi.. H.Seyidbəyli. // Uçub getmək, uçaraq keçmək. Bir dəstə quş çayı ötdü. - Hərdənbir kəndin üzərindən .. durna dəstələri ötüb keçirdi. Ə.Məmmədxanlı.
Hərəkətdə, yerişdə, qaçışda qabaqlamaq, irəli getmək, ötüb keçmək, geridə buraxmaq. Velosipedçini ötmək. Yük maşınını ötmək. // İrəlidə olmaq, keçmək. Yarışda ötmək. - Bəli, gərək Qəhrəman ötsün də! deyə Rüstəm yenə də qəti cavab verdi. S.Rəhimov. // məc. Bir şeydə o birilərinə görə daha çox müvəffəq olmaq, daha çox nailiyyət əldə etmək. Dərsdə yoldaşlarını ötmək. Region dövlətlərini ötmək. Keçmək, aşmaq, atlamaq, sovuşmaq, qurtarmaq (saat, mövsüm, zaman, yaş haqqında). Saat ikini ötdü. Yaşı əllini ötüb. Isti günlər ötdü. - Qış da yavaş-yavaş qarı və soyuğu ilə ötüb getdi. Çəmənzəminli. Ötdü yaz, soldu çiçək, inlədi bülbül, kələbək. M. Müşfiq. Paylaşın - Hamı bilsin
|