
ÖTRÜ1. qoş. Çıxışlıq halda olan sözlərdən sonra gələrək səbəb, ya məqsəd bildirir. Pəs rəfiqlərimi intizarçılıqdan çıxarmaqdan ötrü genə gərək bir neçə söz ərz edəm. Məmmədquluzadə. [Sevər] Qızları da göndərərəm ki, çöldən sənin üçün tac qayırmaqdan ötrü çiçək dərsinlər.. C.Cabbarlı.
2. Mürəkkəb qoşmanın ikinci tərkib hissəsi kimi işlədilərək, özündən əvvəlki fikrin sonrakı fikrə səbəb olduğunu bildirir. [Oğlan:] Nə olacaq, ondan ötrü niyə üzülürsən? Mir Cəlal. Paylaşın - Hamı bilsin
|