ÖTÜŞMƏK1qarş. 1. Ötüb keçmək (çoxları haqqında). Oradan sürətlə ötüşdük. M.S.Ordubadi. [Ovçular] da mümkün qədər səs-küysüz ötüşməyə çalışırlar. M.Rzaquluzadə.
Gəlib-keçmək, ötmək. Ötüşdü aylar, illər, evləndik o da, mən də; Ayağımız kəsildi bir-birinin evindən. S.Rüstəm. // Keçib-getmək, uzaqlaşmaq. Buralardan yüyür, tez ötüş barı; Ilxının kişnəyir ayğır atları. A.Səhhət. Yüyürməkdə, qaçışda yarışmaq, bir-birini ötməyə çalışmaq. Yığıb çantalara yerdən-yemişdən; Yolda gah yüyürüb, gah ötüşərdik. S.Vurğun. Birtəhər yaşamaq, güzəran keçirmək, keçinmək, dolanmaq. Çətinliklə ötüşmək. Ailə isə pendir, çörək və bu kimi şeylərlə ötüşürdü. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|