ÖVCis. [ər.] klas. Ən uca nöqtə. □ Övcifəza, övci-fələk - göyün, fəzanın ən yüksək nöqtəsi. Övci-fəzadə görərək bayquşu; Səhnədə çaqqıllayıram imdi mən. M.Ə.Sabir. Övc atmaq - boy atmaq, böyümək. Yoxsa daha niyə burada böyürtkənlər belə suvarılmış kimi övc atsınlar. S.Rəhimov. Övc etmək (eləmək) - artmaq, böyümək, inkişaf etmək. [Səməd bəy] bir ildən sonra imtahan verdi, kənd müəllimi oldu, burada da artıq övc eləyə bilmədi. Çəmənzəminli. Indi arı yaman övc eləyir. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|