ÖVRƏTis. [ər.] köhn. 1. Arvad, zövcə, həyat yoldaşı. Sağ tərəfdən hacının övrəti əyləşib əlində dəsmal. Ə.Haqverdiyev. [Hacı:] Bir övrət, bir qızım, iki cavan oğlum, özüm xoşbəxt! C.Cabbarlı.
2. Qadın (ümumiyyətlə). Müsəlman övrətinin özgə kişiyə üzüaçıq görsənməyi xilafişərdir.. C.Məmmədquluzadə. Zalda çox adam var idi: övrət, uşaq, kişi.. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|