
ÖYRƏŞMƏKf 1. Vərdiş etmək, alışmaq, öyrənmək, adət etmək. Qaratoyuq əsarətə (qəfəsə) tez öyrəşir, sonra oxumağa başlayır. S.S.Axundov. [Tahir] lap uşaqlıqdan dağ havasına alışdığı üçün Bakının istisinə hələ də öyrəşə bilmirdi. M.Hüseyn.
2. İsinişmək, alışmaq, öyrənmək. Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş. S.S.Axundov. Paylaşın - Hamı bilsin
|