İzahlı lüğət

ÖYRƏTMƏK

icb. 1. Bilik, sənət, peşə vermək, təlim etmək. [Adil:] [Atam] əlləri salamat olan müharibə əlillərinə xarratlıq öyrədirdi. B.Bayramov.
Bilmədiyi şeyi bildirmək, başa salmaq. Bilmədiklərini öyrətmək. Bunları sənə kim öyrətdi?
Vərdiş etdirmək, alışdırmaq. İşə öyrətmək. Soyuğa öyrətmək.
Bildirmək, tanış etmək, izah etmək. Yolu öyrətmək.
Dərs vermək. Rus dili öyrətmək.
dan. Sövq etmək, təhrik etmək (adətən mənfi mənada). Pis işlərə öyrətmək. - Bizə meylin əzəlki tək nədən yox; Səni ha sonradan bir öyrədən yox. M.P.Vaqif.
məc. Dərsini vermək, cəzalandırmaq, göstərmək. Ona mən öyrədərəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed