
ÖYÜD-NƏSİHƏTbax öyüd. [Məsumə Firəngizə:] Yox, bala, bu, öyüd-nəsihət məsələsi deyil. B.Bayramov. □ Öyüd-nəsihət vermək (etmək) - bax öyüd vermək (“öyüd” də). Xan özünə bir az öyüd-nəsihət verirdisə də, ürəyindəki söz ona sakitlik vermirdi. Çəmənzəminli. [Sultan bəy:] ..Siz Gülçöhrəyə öyüd-nəsihət edərsiniz, onu başa salarsınız. Ü.Hacıbəyov.
Paylaşın - Hamı bilsin
|