ÖYÜDis. Pis hərəkətlərdən saqındırmaq üçün deyilən sözlər; nəsihət. [Asya:] Ha öyüd, nəsihət edirəm olmur. Görünür ki, qız gədəyə çox bərk bənd olubdur. Ü.Hacıbəyov. Əmdik bir ananın ilıq südünü; Baş-başa dinlədik hər öyüdünü. S.Vurğun. □ Öyüd almaq - nəsihət almaq, tərbiyə almaq, məsləhət almaq. [Kərəm:] Qana-qana öyüd alıb anadan; Ay həzərat, gedən ceyran mənimdi! “Əsli və Kərəm” . Öyüd vermək
birini pis hərəkətlərdən saqındırmaq üçün öyüdlü sözlər söyləmək, nəsihət etmək. Qulaq as, gör anan nə öyüd verir; Şərəflə, vüqarla yaşayın ancaq! S.Vurğun. [Vahimə Çiçəyə:] Ağbirçək arvadsan, niyə gəlininə öyüd verib demədin, xalqın .. evini dağıtma? B.Bayramov. Paylaşın - Hamı bilsin
|