
ÖZBAŞINAzərf Öz bildiyi kimi, heç kəsdən soruşmadan, icazə almadan. Sabir .. söz verdi ki, bir də özbaşına belə yerə çıxmaz. S.Rəhimov. [Rəis:] Şahinin nə ixtiyarı var ki, ştatda yer olmaya-olmaya özbaşına adam götürür? S.Rəhman. // Nəzarətsiz, baxımsız, başlı-başına. Uşaqları özbaşına qoymaq olmaz. - [Şəhrəbanu xanım:] Hələ bir de görüm, sən özbaşınasan, ya sənin atan yerində bir böyüyün var? M.F.Axundzadə. Kərim babanın inəkləri özbaşına buraxması sahiblərinin xoşuna gəlməzdi. A.Şaiq. İstəristəməz Züleyxa özbaşına buraxılmışdı. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|