
ÖZƏKis. 1. Bitki gövdəsinin və ya kökünün daha yumşaq olan daxili mərkəzi hissəsi.
Çibanın, çirkli yaranın ortasında olan bərk iltihablı hissə. Çibanın özəyi. □ Özək bağlamaq - bax Özəkləmək. Yara özək bağladı. Böyük bir birləşmənin əsas tərkib hissəsini təşkil edən kiçik təşkilat qrupu; əsas, özül. [Barat:] Dərsdən sonra özəyimizin iclasını çağırmışam. C.Cabbarlı. Dilşad özək iclaslarında .. müəyyən çıxışlarda bulunur, ümumun təqdirini qazanırdı. T.Ş.Simurq. Paylaşın - Hamı bilsin
|