
SABAH-SABAHzərf Səhər tezdən, sübh ertədən, gün təzəcə başlayanda. Sabah-sabah işini görüb qurtarmaq. - Nəhayət, son verildi yatmadığım gecəyə; Sabah-sabah bir mayis rəqs edərkən odamda. M.Müşfiq.
□□ Sabah-sabaha salmaq - çox yubatmaq, ləngitmək, gecikdirmək, bu gün-sabaha salmaq. [Piri:] Bir bu işi uzadıb, sabah-sabaha salan adamı verəydilər mənə.. M.Süleymanov. Paylaşın - Hamı bilsin
|