İzahlı lüğət

SABAH

is. [ər.] 1. Günün başlanğıcı, günün ilk saatları; səhər, sübh. Sabah erkən. Sabah yeli. Sabah ertə. Sabah günəşi. - Axşam, sabah, çeşmə, sənin başında; Bilirsənmi necə canlar dolanır? Aşıq Ələsgər. Ol qəmli gecə sabah olunca; Rahət yuxu yatdı bir doyunca. A.Səhhət. Mən də meşə cığırı ilə.. adət etdiyim sabah gəzməyindən evə hərəkət edirdim. A.Divanbəyoğlu. □ Sabah açılmaq (olmaq) - səhər açılmaq, gündüz başlamaq. Bəli, sabah açıldı, üstünüzə çoxlu xoş sabahlar açılsın. “Abbas və Gülgəz” . Sabah olan kimi Məlikməmməd almaları yığıb, bir məcməyiyə qoydu və üstünə də örtük çəkib, atasına apardı. Çəmənzəminli. Sabaha qədər (kimi) - işıqlanana qədər, səhər açılana kimi, səhərədək. işçilər bir çox danışıqdan sonra, sabahadək işləməyib cavab gözləməyi qərara aldılar. H.Nəzərli. Həmin gecə, demək olar ki, sabaha kimi Həmzənin zirzəmilərində, anbarlarında işıq yandı. Ə.Əbülhəsən. Sabahınız) xeyir! - səhərçağı bir-birilə görüşdükdə söylənilən ifadə. Gecəni sabah eləmək (etmək) - sabaha qədər bütün gecəni oyaq qalmaq, yatmamaq.
Bu gündən sonra gələcək gün, ertəsi gün. Bu günün işini sabaha qoyma. (Ata. sözü). Sabahı günü Cəlil ağa gözlərini açanda özünü bir qeyri aləmdə, bir qeyri mühitdə gördü. İ.Musabəyov. [Murad:] Deyirlər sabah yaxşı film göstəriləcək. İ.Əfəndiyev.
məc. Gələcək mənasında. [Əmiraslan baba uşaqlara:] ..Onu demək istəyirəm ki, sabah sizin, gələcək sizindir! S.Rəhimov. Yox, yox, ayrı deyildir gözəl sabahımızdan; Əziz xatirələrlə bizdən ayrılan illər. S.Rüstəm. Bugünkü əməliylə; O, sabahı yaradır. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed