
SABAHDANzərf 1. Sabah başlanan kimi, günün başlanğıcından, günün ilk saatlarından; səhərdən. [Mahmud:] Sabahdan balta çalıram, bir qıxmıq da qopara bilmirəm. Ə.Haqverdiyev.
2. Ertəsi gündən. Sabahdan işə başlayırıq. - [Əsgər:] Vallah, sabahdan arşınmal satan olacağam. Ü.Hacıbəyov. Sabahdan o uşaqlar qarının ümidinə qalacaq, dərslərinə baxan olmayacaq. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|