
SABAHKI1. zərf Ertəsi günü, sabahısı. Sabahkı günü bir kəllə qənd alıb məni bağışladı və günahımdan keçdi. C.Məmmədquluzadə. Sabahkı gün tarçı Əsədin cənazəsi arabaya qoyulub, həmişəki adət üzrə “ərrəhman” oxuna-oxuna qəbiristana aparıldı. B.Talıblı.
sif Sabah olacaq, ertəsi gün olacaq, sabaha təyin olunmuş. Sabahkı görüş. Sabahkı bayram. - Sabahkı vuruşma qəti və mühümdür. H.Nəzərli. Sabahkı tətilin bir məqsədi var; Gərək buraxılsın qaladan Xanlar! S.Vurğun. Paylaşın - Hamı bilsin
|