
SACis. Üzərində lavaş, yuxa, bozlamac, qutab və s. bişirmək üçün ortası qalxıq, dairəşəkilli çuqun və ya dəmir lövhə. [Gülsüm] birtəhər itdən xilas olub, özünü çörək təndirinə soxdu və dəmir sacı başına çəkdi. Çəmənzəminli. Səmədin nəzərləri.. sacın, içində qurumuş xəmirdə barmaq izləri görünən teştin və oxlovun üzərində gəzdi. I.Hüseynov. // Sacda bişirilən. Sac qovurması (saciçi). -Hamımız bərabər yağ, süd və yenicə bişmiş sac çörəyi ilə qarnımızı doydurduq. H.Nəzərli. Mənə dağ havası verin! Sac yuxası verin! R.Rza.
Paylaşın - Hamı bilsin
|