İzahlı lüğət

SADƏCƏ

sif. və zərf 1. Sadə. [Cənnətəli:] Mənim cəmi şeirlərim belə abdar, belə sadəcədir. Çəmənzəminli. Dumanlı dağlara boylanıb durur; indidən sadəcə rəsmlər qurur. S.Vurğun. [Qız] güllü çitdən sadəcə don geymiş, qalın hörüklərinin birini döşündən, o birini arxasından sallamışdı. M.Hüseyn.
2. Ancaq, yalnız. Sadəcə mən gəldim. - Belə şirniyyat bişirməyə imkanı olmayanlar bayramı sadəcə xuşgəbarla keçirərdilər. H.Sarabski. O, bu sözlərə sadəcə gülümsünüb, heç bir cavab vermədi. M.Rzaquluzadə. □ Sadəcə olaraq - “sadəcə” demək olub, mənanı bir qədər gücləndirir. Sadəcə olaraq tərslik eləyir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed