İzahlı lüğət

SADƏLİK

is. 1. Sadə şeyin halı, bəsitlik. Layihənin sadəliyi.
məc. Sadədillik, safürəklilik, düzürəklilik, hiyləbilməzlik, avamlıq dərəcəsinə çatan sadəlövhlük. Sadəliyindən, avamlığından [Səriyyə] hələ də başına gələn müsibəti tamamilə dərk edə bilmirdi. M.Ibrahimov. Xasay öz sadəliyinə istehza ilə güldü. M.Hüseyn. // Hərəkətində, davranışında adilik, təbiilik, sünilikdən uzaqlıq; təvazökarlıq. Əvvəl gözəllərdə gərəkdir çağlıq; Ondan sonra ola sadəlik, ağlıq. M.P.Vaqif. Pudradan, boyadan xoşlanmaz Xumar; Onun qəlbi qədər sadəliyi var. S.Vurğun. Gözlərində və sözlərində elə bir sadəlik və səmimilik vardı ki, bu, dinləyənlərə də sirayət edirdi. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed