İzahlı lüğət

SADƏLÖVHLÜK

bax sadədillik. ..Hətta millətin dərisini soyan adamlar da millətpərəstlikdən dəm vurub, millət belə gəldi, millət belə getdi deyirlər. Bunların söylədiklərinə inanmaq .. sadəlövhlük deyilmi? F.Köçərli. [Qədir] aldandığını, bu bağışlanmaz sadəlövhlüyünü bir də xatırladı. Mir Cəlal. □ Sadəlövhlük etmək - ürəyi təmiz olduğuna görə hər şeyə inanmaq, yaxud avamcasına hərəkət etmək. Biz düşünürdük ki, yoldaşımız Haşım sadəlövhlük edərək, heç də inspektorun bilməsi lazım olmayan sirrimizi açmışdır. T.Ş.Simurq. Ancaq onda, onunla heç bilmirəm niyə mən; Sadəlövhlük edərək; Yeyibiçdim sübhəcən. Z.Xəlil.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed