
SAĞ-SALAMATzərf və sif. Heç bir xətər dəyməmiş, heç bir xataya, bəlaya uğramadan, saz. Sağ-salamat müharibədən qayıtmaq. Sağ-salamat qalmaq. - [Əhməd tacirbaşı:] Allah mənə yar olsa, inşallah, bu dəfə də karvanı sağ-salamat gətirəcəyəm. “Koroğlu” . Qüdrətin çevikliyi sayəsində qızın sağ-salamat qalmağı hamını sevindirirdi. M.Hüseyn. [Şahin:] Ləngidik, ancaq sağ-salamat çıxdıq. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|