
SAĞ-SOLis. Həm sağ, həm sol; hər iki tərəf, ətraf. Sağ-soluna baxmaq. Sağ-solunu yoxlamaq. - Gələn atlılar sağa-sola (z.) səpələndilər. M.Hüseyn. Kiçik evlər şosenin sağsolunda dururdu. Ə.Əbülhəsən.
□□ Sağa-sola sovurmaq - pulu, malı, dövləti əbəs yerə dağıtmaq, puç etmək. [Əmirxan:] Əlikram Həmişəyev kimisi sağa-sola sovuranda.. sinəsini qabağa verib qənaət eləyən kim idi? B.Bayramov. Paylaşın - Hamı bilsin
|