İzahlı lüğət

SAĞ2

sif. 1. Bədənin sol tərəfinin əksi olan hissəsində yerləşən. Sağ ayaq. Sağ göz. Usta .. sağ əlini qaldırıb, bir az havada fırladı. Çəmənzəminli. [Qızın] sağyanağındakı bir xal üzünə xüsusi bir gözəllik verirdi. Ə.Sadıq. // Sol qola müqabil olan qol tərəfdə yerləşmiş. Alı kişi qabaqca sağ axurdakı ata yaxınlaşdı. “Koroğlu” . Yanır sağ döşündə qızıl bir nişan. S.Vurğun. // Uzü cərəyana tərəf durduqda həmin səmtə uyğun gələn. Çayın sağ sahili. Arazın sağ kənarında. Siyasi və ictimai həyatda qabaqcıl cərəyanlara düşmən olan; mürtəce, mühafizəkar. // Hər hansı burjua partiyası üzvlərinin, yaxud siyasi, fəlsəfi cərəyan nümayəndələrinin əsas kütləsinə nisbətən daha mürtəce, daha mühafizəkar görüşləri müdafiə edən. Sağ leyboristlər. Sağ sosialistlər (bu məna parlament salonunda mürtəce partiyaların üzvlərinin sədrdən sağ tərəfdə oturması ənənəsindən gəlmişdir). Sağ partiyalar. // Is. mənasında sağlar. Sağlara meyil edən qruplar. - Biz açarkən bizə düzgün yollar; Sürünür arxada sağlar, sollar. M.Müşfiq.
□□ Sağ əl məc. - ən yaxın adam, köməkçi sirdaş, sədaqətli dost, yoldaş. Molla Məmməd .. şeyxin sağ əlidir. E.Sultanov. [Nazlı:] Mustafa Fərhad qardaşın sağ əlidir. Ə.Məmmədxanlı. Sağ əli(n) başıma (başımıza, başınıza, başına) - birinə qismət olan, nəsib olan yaxşı bir şeyi, xoşbəxtliyi özü və başqaları üçün də arzu etmək mənasında ifadə. Sağ gözü kimi istəmək - çox istəmək, həddindən artıq əzizləmək. [1-ci əcinnə:] Sən qorxma, səni xanım sağ gözü kimi istəyəcək. Ə.Haqverdiyev. Sağına-soluna keçmək - 1) bax sağınasoluna göz gəzdirmək. Qara şal çuxalı əlindəki siyahıya baxıb məhbusların sağınasoluna keçdi. Mir Cəlal; 2) yaltaqlanmaq, yalaqlıq eləmək. Düşdü əyyar onun ayağına; Soluna keçdi, gah sağına. S.Ə.Şirvani. Sağına-soluna göz gəzdirmək - hər tərəfi yoxlamaq, nəzərdən keçirmək. [Anam] sağına-soluna göz gəzdirir, yerə baxır, zıqqıldayırdı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......