
SAĞALMAZf sif Heç zaman sağala bilməyən, sağaldıla bilməyən, əlacı, dərmanı olmayan. Dedi: anlatmışam mətləbi mərdə; Olunacaq çarə sağalmaz dərdə. H.K.Sanılı. Lakin son iki ildə [Gileygüzarov] sağalmaz bir xəstəliyə düçar olmuşdur. S.Rüstəm. // Məc. mənada. Nə batmısan qara sən; Könül yara-yara sən; Nə tükənməz dərd oldun; Nə sağalmaz yara sən. (Bayatı).
□□ Sağalmaz dərdə salmaq - çox ağır bir vəziyyətə salmaq, əlacsız dərdə salmaq, son dərəcə kədərləndirmək, böyük dərd vermək. [Kələntərli:] Əmirli yoldaş ikimizi də sağalmaz dərdə salıb, qardaş! I.Hüseynov. Paylaşın - Hamı bilsin
|