
SAĞILMAQ1. “Sağmaq”dan məch. Araz boyundakı şor qışlaqlarda; Doyunca nə qoyun, nə mal sağıldı. S.Vurğun. Sızmaq, yığılmaq, dolmaq. [Qarı:] ..Mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan sağılmışdı. Çəmənzəminli. [Onun] əlləri əsir, gözlərinin nazik damarlarına qan sağılırdı. M.Hüseyn. [Xosrov] qan sağılmış (f.sif.) gözlərini açdı. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|