İzahlı lüğət

SAĞLIQ

is. 1. Bədənin bütün üzvlərinin sağlam, saz olması, düzgün, normal işləməsi, salamatlıq, səhhət. Sağlığa ziyan verən şeylərdən qaçmalı. - Abır istəsən - çox demə; Sağlıq istəsən - çox yemə. (Ata. sözü). □ Sağlıq olsa (olsun) - 1) salamatlıq arzusu bildirir; inşallah, Allah qoysa. [Qonaqlar:] İnşallah, sağlıq olsa gələrik... ancaq bir az yolumuz uzaqdır. E.Sultanov. [Sevil Balaşa:] Mən hər gün ürəyimi satacaq, beynimə yedirdəcəyəm, sağlıq olsun! C.Cabbarlı; 2) bəzən hədə mənasında. [Cavad:] Düşmənin də ömrü bu qar kimi əriyəcəkdir. Sağlıq olsun, səhər gərək onlara bir oyun tutaq ki, atalarının toyu yadlarına düşsün. Ə.Vəliyev. (Öz) sağlığında - yaşadığı zaman, yaşamaqda ikən, sağkən, diri ikən, diriliyində. Sağlığımda gəlmədin; Barı can verəndə gəl. (Bayatı). Öz xələfin gərək gözləyə kişi; Sağlığında ola alışverişi. Q.Zakir. [Əmiraslan baba:] Oğul gərək nəinki öz sağlığında, hətta özündən sonra da ad-san qoysun. S.Rəhimov.
Məclisdə şərəfinə badə qaldırılan şəxsə xitabən deyilən xoş sözlər, tost. İdris onun sağlığına deyilən tostdan.. xəbərsiz yatırdı. Ə.Məmmədxanlı. □ Sağlıq demək - məclisdə badələri müəyyən münasibətdə içməyi təklif etmək. Salman konyakın hamısını stəkana süzdü, sağlıq demədən başına çəkdi. M.İbrahimov. Həsrət ayaq üstə dayanıb bəylə gəlinin şərəfinə sağlıq deyirdi. B.Bayramov. Sağlığın(ız) şəklində - birindən haləhval soruşduqda müsbət mənada cavab kimi işlənir. - Nə xəbər var, Məşədi? - Sağlığın! M.Ə.Sabir. Sağlığına şəklində - ifadə olunan fikrə danışanın müsbət münasibəti, məmnunluğu bildirilir. Sağlığına, kefim kökdür. - [Bəbir bəy:] Bu saat, sağlığına, pristavın yanında bir sözüm iki deyil. Mir Cəlal.
□□ Sağlıqla qal(ın)! - bax sağ ol(un) 2-ci mənada (“sağ2” da). Sağlıqla qal, əziz ana; Ölüm yoxdur qəhrəmana. N.Rəfibəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed