
SAĞMAQf 1. Südverən heyvanların yelinindən südü süzüb çıxarmaq. Camışı sağmaq. - Tez durub sübh sağardım inəyi; Xansənəmdən diləməzdim köməyi. M.Ə.Sabir. [Ayrım qızı:] İkimiz də cavan idik. Rəhim ağanın qapısında qulluq edərdik, [ərim] çoban idi, mən də ağalığın inəklərini sağar, yağ-pendirini tutardım. A.Şaiq. [Ana Pəriyə:] Qoy Əşrəf baba keçiləri sağsın, bu saat qonağımız üçün süfrə açarıq. Ə.Məmmədxanlı.
məc. Birinin pulunu, malını tədricən əlindən almaq, birindən daim pul və s. çəkmək. [Nəbi:] [Ağamı] qumarda sağmal inək kimi sağırlar. S.S.Axundov. Hacısan, məşhədisən, sahibimizsən, ağasan; İstəyirsən həmi qırxıb bizi, həm də sağasan. Ə.Nəzmi. Paylaşın - Hamı bilsin
|