SAHƏis. [ər.] 1. Açıq yer, boş və geniş yer, tutulmamış yer; düzən. Geniş sahə. Qumluq sahə. // Torpağın müəyyən məqsəd üçün istifadə edilən parçası, qismi. Həyətyanı sahə. inşaat sahəsi. Torpaq sahəsi. - Əkin sahəsi çaya lap yaxın olan manqabaşçısı Pəri orabura qaçır, çayın o tərəfinə keçməyə can atırdı. Ə.Vəliyev. Müdafiə xətti keçən sahələrdən [taxıl] kəndə daşınmışdır. Ə.Əbülhəsən. Sahə dörd tərəfdən çəkilmiş düz iplərlə əhatə olunmuşdu. H.Seyidbəyli.
Müəyyən məqsəd üçün ayrılan və səthi kvadrat metrlərlə ölçülən yer. Yaşayış sahəsi. Mənzilin sahəsi 2 kv. metrdir. Hər hansı bir işin, yaxud elmin, fəaliyyətin ayrıca hissəsi, müstəqil şöbəsi. Elmin müxtəlif sahələri. Maarif sahəsi. Paylaşın - Hamı bilsin
|