İzahlı lüğət

SAHİB

is. [ər.] 1. Yiyə. Bir şeyin sahibi. Bağın sahibi. - At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar. Ə.Haqverdiyev. At getdiyi yolla da qayıdıb sahibinə yanaşdı. M.Hüseyn.
Köhnə məişətdə: ər mənasında. Mərhumun, yəni bizim bədbəxt Mahrunun sahibinin başını tapmışlar. M.S.Ordubadi. [Məmmədbağır] Sitarənin sahibi olmaqla bütün var-yoxuna sahib olacaqdı. S.Hüseyn.
köhn. Bir sıra izafət tərkiblərində yiyə, ağa mənasında işlənir; məs.: sahibi-sərvət, sahibi-əql, sahibi-dövlət və s. Məzəmmət eyləmə mən binəvanı; Sahibi-səltənət, gövhərin kanı. Aşıq Ələsgər. [Şeyxlər:] Oyan şeyx, oyan şeyx, sahibi-kəramət. H.Cavid.
□□ Oğul-uşaq sahibi olmaq - evlənmək, ailə qurmaq, övladları olmaq. [Süleyman:] Oğul-uşaq sahibi olsunlar! U.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed