İzahlı lüğət

SAHMAN

is. Qayda, səliqə, düzgün vəziyyət, qaydada, səliqədə olma. Ev sahmanda idi. Üst-başı sahmandadır. - Qız uşağının paltarı sahmanda idi, başında abı kəlağayı, əynində gödək kofta vardı. Mir Cəlal. Hər gün usta buruqlara baş çəkib gəzər; Quyuları sahman görüb fərəhlənərdi. Ə.Cəmil. □ Sahmana düşmək - qaydaya düşmək, yoluna düşmək, hər şey öz yerində, qaydada olmaq. [Hümmət Yusifə:] Bəlkə dedilər, ay eloğlu, ..indi işlər sahmana düşür deyə gəlmisən? B.Bayramov. Sahmana gətirmək - bax sahmana salmaq. Xavərnisə evi yığışdırıb, bağçaları sahmana gətirib də süfrələri hazırlayırdı. T.Ş.Simurq. Sahmana salmaq - qaydaya salmaq, səliqəyə salmaq, hər şeyi öz yerində düzgün yerləşdirmək. [Arvad] cəld hərəkətlərilə otağın içindəki avadanlığı sahmana salmağa başladı. H.Seyidbəyli. [Ümid] ..kanalın sahmana salınmasında az zəhmət çəkməmişdi. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed