
SAİRsif. [ər.] Başqa, qeyri, digər. Sair məsələlər. - Şabanın getməyini eşidib sair bikar tamaşaçılar da kənardan yığılmışdılar. Ə.Haqverdiyev. // İs. mənasında, cəm şəklində: sairləri - başqaları, o biriləri, digərləri. Sairləri də sənin kimi hərəkət etməli. Sairləri də biz deyəni deyəcək.
Paylaşın - Hamı bilsin
|