
SAKİTLƏŞDİRMƏKf . 1. Sakit etmək, rahatlandırmaq; rahatsızlığını, iztirabını, həyəcanını aradan qaldırmaq; təskin etmək. [Aslanın] xoş və təbəssümlü baxışları ən qəzəbli və ya böyük həyəcan keçirən adamı belə sakitləşdirə bilərdi. S.Vəliyev. Sərvinaz qarı ilə Əsəd baba Şahmarı dilə tutub güclə sakitləşdirmişdilər. B.Bayramov. // Özünü sakit aparmağa məcbur etmək. Uşaqları sakitləşdirmək. Dalaşanları güclə sakitləşdirə bildik. Yatırtmaq, ləğv etmək. Qovğanı sakitləşdirmək. Həyəcanı sakitləşdirmək. Yüngülləşdirmək, ya aradan qaldırmaq, kəsmək. Diş ağrısını sakitləşdirmək. Əsəbləri sakitləşdirmək.
Paylaşın - Hamı bilsin
|