İzahlı lüğət

SALAM

is. [ər.] Görüşərkən bir-birinə sülh və əmin-amanlıq diləmək ifadəsi. □ Salam e(y)ləmək klas. - salamlamaq, salamını yetirmək. [Qərib:] Məndən Şahsənəmə sən salam elə; Gəlməsə dağıdaram bağı, Ağcaqız. “Aşıq Qərib” . Harda gördün, ona salam eylə; Baş əyib qultək, ehtiram eylə. S.Ə.Şirvani. Salam göndərmək - birisi ilə və ya məktub vasitəsilə uzaqda olan bir şəxsə öz dostluq hisslərini bildirmək. Salam vermək - biri ilə görüşərkən “salam” deyib təbrik etmək. Əsgər daxil olub, salam verir. U.Hacıbəyov. Salam(ını) almaq - salama salam ilə cavab vermək. [Dərviş:] Salamımı bir qoca ağsaqqal kişi aldı. A.Divanbəyoğlu. Lətifə [Tahirin] salamını aldı, nə üçün belə gec gəldiklərini soruşdu. M.Hüseyn. // Salam - görüşərkən təbrik sözü kimi işlənir. Salam, yoldaşlar! Salam, əziz vətəndaşlar!
□□ Salam atəşi - bax salyut. Salam atəşləri isə o qədər də çox ara vermir, bir də uğuldayaraq yeri-göyü titrədirdi. M.Hüseyn. Salama durmaq - hörmət əlaməti olaraq ayaq üstə dayanıb durmaq. [İdris] ..Hərbi salama durub, hadisə haqqında qısa raport verdi. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed