
SALAVATis. [ər.] din. Məhəmməd peyğəmbər və imamların şəninə oxunan dua. Hamının gözü salavat səsi gələn tərəfə baxırdı. M.S.Ordubadi. Salavat səsindən qulaq tutulurdu. E.Sultanov. □ Salavat çəkmək (çevirmək, göndərmək, çöndərmək) - dua oxunduqdan sonra sağ əli üzə çəkmə ayini. Bu hində yuxudan oyanıb öz-özümə bir neçə dəfə salavat çöndərdim. C.Məmmədquluzadə. Ziyafət məclisindəkilər bir səslə peyğəmbərə salavat göndərdilər. M.S.Ordubadi.
Mahmud əmi duanın arasında “allahüməssəlli” deyib, salavat çevirdi. B.Talıblı. Paylaşın - Hamı bilsin
|