İzahlı lüğət

SALDIRMAQ

f . 1. Salmağa məcbur etmək. Molla tülkünün dalınca nə qədər qaçırsa, toyuğu saldıra bilmir. “M.N.lətif.”
İki və ya bir neçə adamı, yaxud heyvanı qızışdırıb bir-birinin üstünə hücum etdirmək, salışdırmaq. [Müşavir:] Min zəhmətlə bunları bir-birinə saldırmışıq. P.Makulu. Tikdirmək, bina etdirmək, düzəltdirmək. ..Bir neçə mərdümazar adamlar məscid bağında istəyirlər, bir imarət saldırsınlar və orada bir məktəb açsınlar. C.Məmmədquluzadə. [Cənnətəli ağa:] Oranı mən, orada olanda istəyirdim bağ saldıram. N.Vəzirov.
Döşətmək, yerə sərdirmək. Evə palaz saldırmaq. - Molla irandan gəbələr aldırmış; Otağına, eyvanına saldırmış. A.Səhhət.
məc. dan. Qənaət edərək yığmaq, toplamaq; dala atmaq. Maaşdan bir az saldırmaq. - Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Ə.Haqverdiyev.
Qoydurmaq. Dalına banka saldırmaq. Zəli saldırmaq. - [Gəldiyev:] “Soyuqlamışam” - deyə neçə dəfə küpə saldırdı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed