İzahlı lüğət

SALLAMAQ

f 1. Bir şeyi üzüaşağı tutmaq, uzatmaq, sallaq vəziyyətdə saxlamaq, ucunu aşağı endirmək; asmaq. Xalçanı balkondan sallamaq. Həyətə ip sallamaq. - Yenə böyük oğlan qabağa yeriyib dedi ki, gərək [quyuya] məni sallayasınız. Çəmənzəminli. [Səməd] yoldaşlarına üz tutub, borulardan birini şaquli vəziyyətdə suya sallamağı xahiş eləyir. M.Hüseyn.
Aşağı əymək, sallaq vəziyyət vermək. Qurd quyruğunu sallayıb, dərənin bir o başına gedib, bir də dönüb gəlir. A.Şaiq. Başını sallayır şamlar, qovaqlar; Dillənib bir nəğmə ötür budaqlar. M.Rahim.
məc. dan. Qaşqabağını tökmək, üzünü turşutmaq, dinib-danışmamaq. Nə sallamısan? - Mənim malıma mallanırsan; Məni görəndə sallanırsan. (Ata. sözü).
Bir sıra sözlərin yanma gətirilərək, müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: qaşqabağını sallamaq, qarın sallamaq, damağını sallamaq və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

S

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed