
SALLANA-SALLANAzərf 1. Əzilə-əzilə, nazlana-nazlana, nazla. Sallana-sallana gedən Salatın! Gəl belə sallanma, göz dəyər sənə. Qurbani. Qərq olsun yaşıla, ala gəlsin; Naz ilə sallana-sallana gəlsin. Q.Zakir. Sallana-sallana gedən Salatın; O sərxoş yerişin yola yaraşır. Aşıq Ələsgər. Yırğalana-yırğalana, yan basa-basa. Maşın uzaqlaşır, karvan sallana-sallana hərəkət edib gedirdi. M.Ibrahimov.
Paylaşın - Hamı bilsin
|