
SALLAQXANAis. [ər. sallaq və fars. ...xanə] 1. Mal-heyvan kəsilmək üçün xüsusi bina, yer. Sallaqxana sexi. - It sallaqxanadan bir sümük aparar, öz ayağını kəsər. (Ata. sözü). [Qulu] son zamanlar qardaşını dükanda buraxıb, özü sallaqxananı icarəyə götürmüşdü. A.Şaiq.
məc. Qırğın yeri, kütləvi qırğın, çoxlu adam öldürülən yer. Kazakxana həqiqi bir sallaqxanaya dönmüşdü. P.Makulu. □ Sallaqxanaya göndərmək məc. - ölümə, qırğına göndərmək. Paylaşın - Hamı bilsin
|