İzahlı lüğət

SAMAN

is. Taxıl döyüldükdən və təmizləndikdən sonra qalan çöpşəkilli hissəciklər, xırda-xırda doğranmış küləş. Saman sənin deyil, samanlıq ki sənindir. (Ata. sözü). Qorxurdular ki, atlarımız üçün arpa, saman, özümüz üçün yemək alıb, parasını verməyəcəyik. H.Nəzərli. Calal.. saman tayasının arasında .. mağarayabənzər daldalıq bir yer düzəltmişdi. S.Vəliyev.
□□ Saman altından su yeritmək - əl altından iş görmək, gizli-gizli iş görüb üzə vurmamaq, ara qarışdırmaq. Bu hərif Nikolay zamanı küçə vəkili idi, saman altından su yeridən idi.. E.Sultanov. [Səkinə Rüstəmə:] Yuxuma qara-qura gətirən .. saman altdan su yeridən Yastı Salmandır, bu qara əcinnələrdir. M.İbrahimov. Saman kimi - həddindən artıq çoxlu şey haqqında. [Rüstəm bəy qızma:] Sənin üçün bir ər tapmışam ki, bir ər tapmışam ki, dövlət nə dövlət, pul saman kimidir. Ü.Hacıbəyov. Dərisinə saman təpmək - bax dəri. [Cəbi:] Rəhmətliyin oğlu, sən zarafata salmısan nədir? Vallah, hacı adamın dərisinə saman təpər. N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed