
SANAMAQdan. bax saymaq 1 və 2-ci mənalarda. Muzdur .. sonra pulları sanayıb gördü ki, altmış doqquz min manat puldur. S.M.Qənizadə. [Hacı Murad] sandığın içindən mücrünü çıxardıb pulları sanayır. S.S.Axundov. [Mirzə Cəmil:] Allaha şükür, qız o qədərdir ki, hürkütməklə sanamaq olmur. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|