
SANBALLAMAQf 1. Bir şeyi əlinə götürərək ağırlığını, vəznini təxmini şəkildə yoxlamaq. Kisəni sanballamaq. Qutunu sanballamaq. - Kərbəlayı Hatəmxan vəl üçün gətirilmiş daşdan bir yekəsini əlində sanballayıb, nifrin edən bala dərvişin döşünə çırpdı. S.Rəhimov. [Paşa bəy] yastı bir daş götürüb sanballadı. Ə.Vəliyev. Sahmanlamaq, hazırlamaq. [Veys] iri zabit tapançalarını götürüb sanballadı.. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|