İzahlı lüğət

SANDIQ

is. [ər. sənduq] 1. İçərisinə paltar və başqa şeylər qoymaq üçün taxtadan qayrılıb, üzəri dəmirlə işlənmiş, açarla açılıbbağlanan qapaqlı iri uzunsov qutu (keçmişdə üstünə yorğan-döşək yığılardı). Otağın divarlarındakı camaxatanda böyük sandıqların üstə ipək, zərzər üzlü əlvan yorğan-döşəklər və qu tüklü balışlar düzülərdi. H.Sarabski. Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal.
xüs. Silahlarda patron, müxtəlif cihazlarda bir cür şeylər qoyulan qutu, borucuq və s. Fotoaparatın sandığı. Pulemyotun sandığı.
□□ Sandıq ədəbiyyatı zar. - nəşr edilməsi mümkün olmayan, heç kəsə lazım olmayan, zəif əsərlər haqqında. [Qız:] Müəllimimiz deyir ki, bundan sonra atanın o sandıq ədəbiyyatını oxumağı sənə qadağan eləyirəm. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed