
SANİTARis. [lat. zanitas - sağlamlıq] Müalicə müəssisələrində xəstələrə və yaralılara xidmət edən, həmçinin binanın təmizliyinə baxan kiçik tibb xidmətçisi. Dülgərlər otaqlardan çıxar-çıxmaz sanitar-texniki briqada işə başlayır. Mir Cəlal. // Yaralıya ilk yardım göstərib, onu döyüş sahəsindən çıxaran sıravi tibb xidmətçisi. Sanitar dəstəsi. Sanitar briqadası. - Zəhra ağır yaralını sanitar batalyonuna çatdırdı. Ə.Vəliyev.
2. sif. Sanitariyaya aid olan. Sanitar maarifi. Şəhərin sanitar vəziyyəti. Paylaşın - Hamı bilsin
|