İzahlı lüğət

SAP1

is. Pambıq liflərindən, ipək tellərindən, yaxud süni liflərdən nazik eşilmiş ip. Ağ sap. Qalın sap. ipək sap. - Səkinə də fikirli idi, .. bir dizinin dibində cürbəcür iynə, sap, düymə və çalkeçirt olan taxta qutu .. vardı. M.İbrahimov. Qərənfil bacı sap əyirirdi. İ.Əfəndiyev. □ Sap kimi - son dərəcə nazik.
□□ Sap kimi incəlmək - çox arıqlamaq, həddindən artıq üzülmək. Qasid gəldi haf kimi; incəlmişdi sap kimi; Gözlə yarın qəlbini; Qırma çini qab kimi. (Bayatı). Sapa düzmək - bax ipə-sapa düzmək (“ip” də). Köhnə həyat bağından; inci kimi bir dastan; Sapa düzmək istəyir. A.Şaiq. Günlərimi sapa düzdüm; Dərdi qovdum, qəmə dözdüm. B.Vahabzadə. Sapa düzülmək - bax ipə-sapa düzülmək (“ip” də). milə
heyran edən bu sözlər sanki sapa düzülmüşdü.. Ə.Vəliyev. Sapı düyün salmaq bax kələfi dolaşdırmaq(“kələf’də). Ürəyinin sapı üzülmək - bax ürək. Üzüldü durmaqdan ürəyin sapı; Axşama dönəndə açıldı qapı. H.K.Sanılı. Ürəyinin sapını qırmaq - bax ürək. Gəl oxu eşqimin can kitabını; Qırma ürəyimin, qırma sapını. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SAN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed