İzahlı lüğət

SAPDIRMAQ

f . 1. Doğru yoldan çıxarmaq, pis yola salmaq, azdırmaq. [Tahir Muxtara:] Bilirsiniz, pis yoldaş adamı yoldan sapdırarmış. Çəmənzəminli. Bu yanlış mühakimə onu yolundan azdırmış, qaranlıq, uçurumlu yollara sapdırmışdı. A.Şaiq.
Əsas məqsəddən uzaqlaşdırmaq, fikrini çaşdırmaq, yayındırmaq. [Əbülhəsən bəy:] ..Qızı düşüncəsindən sapdırmaq üçün - sənin düşündüklərindən çox uzaqdayam, - deyə, vannaya keçdi. M.S.Ordubadi. [Cavanşir:] Mənim fikrimi sapdırma, qoca. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed